Olay
Olay

Vüsalə və Vaqifin tükənməz sevgisi... - Fotolar

Vüsalə və Vaqifin tükənməz sevgisi... - Fotolar

Bir müddət əvvəl ailə quran idman rəqsi üzrə paralimpiyaçı Vüsalə Kərimova və Vətən müharibəsi iştirakçısı Vaqif Babazadə yenidən obyektiv qarşısına keçib.

OLAY yazır ki, tanınmış cütlüyün yeni fotosessiyası sosial şəbəkələrdə ən çox paylaşılanlardan olub. Onların birlikdə görüntülərini fotoqraf Sadiq Əliyev lentə alıb.

Vüsalə isə şəkilləri “Sevgi əngəl tanımaz” həştaqı ilə yayıb.

Qeyd edək ki, beş il əvvəl tanış olan Vaqif və Vüsalə iyun ayında nikah bağlayıb. Cütlüyün toyu İkinci Qarabağ müharibəsinə görə təxirə düşüb.