Türkiyənin məşhur rok ifaçısı Haluk Levent növbəti dəfə Azərbaycan mahnısı səsləndirib.
OLAY yazır ki, o, Star TV-də yayımlanan “Şarkılar bizi söyler” proqramında qonaq olarkən “Yandırdın qəlbimi” əsərini bir daha ifa edib.
Halukun performansı TikTok paylaşım platformasında trend olub.
Qeyd edək ki, Haluk daha əvvəl də söz və musiqisi Novruz Feyzullayevə aid olan “Yandırdın qəlbimi” səsləndirmişdi.