“Eurovision 2011” qalibi Nigar Camal builki iştirakçımız, həmkarı Samirə Əfəndi ilə arasındakı gərginlikdən söz açıb.
OLAY yazır ki, bu barədə “Səhər mərkəzi” proqramında Afaq Gəncəli ona xatırlatma edib. Aparıcı bildirib ki, ötən verilişlərin birində Samirə Nigarın fotosunu görsə də, adını çəkmək istəməyib, israrla Eldarın adını dilinə gətirib. Nigar isə məsələyə belə münasibət bildirib:
“Problem bilirsiz nədədir? Başqa bir efirdə soruşdular ki, ilk beşliyə daxil olacaq. Öz fikrimi dedim. İnsanlar onu başqa cür qəbul etdi. Özüm İsə Məlikova yazdım ki, efirdə belə bir söz demişəm, amma tamam başqa mənadadır, yoza bilərlər. Qız isə aqressiv qəbul edib, neyləyim? Bunu aqressiv qəbul etmək lazım deyildi. Özü də biz bir reklamda çəkilmişdik. İnsan fikrini bildirə bilər, hər kəs bunu normal qəbul etməlidir. Yəqin ki, səhifələrdəki başlıqları görüb, xətrinə dəyib. Bəzi insanlar var ki, belə şeyləri vecinə almır. Mən də vecimə almıram, öz dünyam var”.
Qeyd edək ki, MTV-də yayımlanan “10-da görüşək” proqramında aparıcı Samir Bayramlı Nigar Camala “Samirənin mahnısı ilk beşlikdə yer alacaq”, - deyə, sual ünvanlamışdı. Müğənni isə “Mata Hari” mahnısını ilk beşlikdə görmədiyini bildirmişdi.