Olay
Olay

Zaura cavab verdi, Anardan danışmadı

Zaura cavab verdi, Anardan danışmadı

Tanınmış müğənni Sevda Yahyayeva haqqında danışanlar, ünvanına yazılan tənqidlər və yeni layihələri barədə OLAY-la həmsöhbət olub.

Ana olmağına bir ay qalan müğənni çox həyəcanlı olduğunu söyləyib:

“Bütün övlad arzulayan xanımların bu hissləri yaşamağını istəyirəm. Çox gözəl hisslərdir. Hamı deyirdi, mən yaşamadığım üçün təsəvvür edə bilmirdim. Allaha şükür ki, çox yaxşı gedir, artıq 8-ci ayımızdayıq. Cəmi bir ayımız qalıb. Əlbəttə ki, həyəcanlıyam. Çünki ilk dəfə yaşadığım hisslərdir. İnşallah hər şey gözəl olacaq”.

Sənətçi yeni təqdim etdiyi “Haydi qızlar” mahnısı ilə fotosessiyasının uyğun olmadığını deyənlərə də cavab verib:

“Onsuz da suyun üstə gəzə bilsən, deyəcəklər, üzə bilmir. Həmişə nəyəsə söz tapılacaq. Mənim fotosessiyamda 3 obraz var idi. Birini hamiləlik görünüşümdən xatirə qalmağı üçün istəyirdim. Digər obrazlardan olan şəkilləri mən paylaşmadım. “Haydi qızlar”  mahnısını xınalarımız, toylarımız üçün oxumuşam. Bu mahnı da mənim üçün yazılıb. Sözləri Aynur Adilqızına, musiqisi Kəmalə Rüstəmqızına aiddir.  

Yutubdan və səhifəmdən silinməsinə səbəb isə fotonun düzgün seçilməməyi idi. Şəkili dəyişib yenidən yüklədik. Bundan əlavə, iki günə yeni mahnımı təqdim edəcəm. Adı “Dön geri”dir,  sözləri Cəlal Qurbanova, musiqisi Gövhər Həsənzadəyə məxsusdur. Yaşar Baxış tərəfindən aranjıman olunur. Artı iki ildir aranjıman edilir, oxumuşam”.

Sevda aparıcı Zaur Kamalın “O, evləndikdən sonra çox dəyişdi” açıqlamasından da söz açıb:

“Mən Zaurun xətrini çox istəyirəm. Hər zaman verilişlərində məni hörmətlə-izətlə qarşılayır, qonaq edir. Biz hər gün danışmamışıq. Amma həmişə dəvətlərini qəbul etmişəm. Son vaxtlar bir neçə verilişinə dəvət edib, getməmişəm deyə, inciyib. Yəqin, məni başa düşərsən, üzrlü səbəblərə görə gedə bilməmişəm. İstəmərəm kimsə məndən incisin, kiminsə xətrinə dəyim. Bir-birimizi başa düşsək, çox yaxşı olar. Əgər özümü yaxşı hiss edirəmsə, dəvət edildiyim yerə gedirəm. Amma xüsusilə də bu dönəmlərdə alınmır. Zaur incimə məndən, sənin də verilişinə gələcəyəm”.

Yahyayeva stilist Anar Ağakişiyevin onun haqda səsləndirdiyi “Sevdanın yalnız bir uğurlu layihəsi var. O da “O zaman”dır” fikrinə gəlincə, səssiz qalmağı seçib:

“Bu haqda danışmaq istəmirəm”.