“Sözümü heç kim yozmasın, haçalamasın. Bəziləri kimi keçmişimi danmıram, utanmıram. Bu gün bir tanışım olan iş adamı ilə həmsöhbət oldum. Hal-əhval tutduq. Ona dedim ki, xroniki vərdişim var, heç cür tərk edə bilmirəm. Belə ki, mən yoxsulluq görmüşəm deyə hər an əziyyətli günlərim qayıdar qorxusu ilə yaşayıram”.
OLAY yazır ki, bu sözləri instaqramda şairə Nazilə Səfərli qeyd edib. O, açıqlamasına davam edərək bu sözləri yazıb:
“Daim əlimə keçən hər şeyi saxlamaq, çoxaltmaq kimi xasiyyətim var. Süfrədə qalan çörəyi belə buzluqda dondururam ki, birdən sabah çörəyim olmaz. Meyvələri bol quruduram. Yeməsəm də eybi yox, əsas ehtiyatım olsun. Sabunu, şampunu on-on alıram. İşıq, qaz pulu, kommunal xərci çox yükləyirəm ki, birdən sabah olmaz.
Hətta “Azərsu”nun mənə 180 manat borcu var. Bunları danışarkən iş adamına da sual verirəm ki, sənin keçmişini bilmirəm, amma maraqlıdı hansı vərdişin var? İş adamı dedi: “Bu gün Bakıda on böyük restoranın ,otellərin,iş mərkəzinin sahibiyəm. İmkanım yetdiyi qədər yardım edirəm,yemək paylayıram,saysız süfrələr açıram. Gəl bax ki,heç vaxt kababı isti yemirəm,yeyə bilmirəm. Bu məndə xroniki vərdişdir,çünki ofisiantlıqdan gəlmişəm…Düzü çox duyğulandım,həm də qürurlandım. Allah adama gərək naxış da verə. Hədəfin olmasa, geriyə sayarsan.
Allahım heç kimin əməyini itirməsin”.