Olay
Olay

“Altın Kelebey”i Röya verəcək

“Altın Kelebey”i Röya verəcək

Türkiyənin nüfuzlu “Altın Kelebek” mükafatlandırma mərasimində Azərbaycan adına iştirak edəcək özəl qonağın adı məlum olub.  

OLAY-ın əldə etdiyi məlumata görə, Xalq artisti Röya Ayxan sözügedən gecədə yer alacaq. Estrada ulduzu səhnəyə çıxaraq Azərbaycanın parıldayan sənətçilərinə mükafatlarını təqdim edəcək.

Qeyd edək ki, həmin nominasiya üzrə Ayaz Babayev, Nazryn və aparıcı-aktrisa Turanə Hüseynli seçilib. Tədbir dekabrın 4-ü İstanbulda baş tutacaq.