Azərbaycanlı iş adamı Telman İsmayılov barədə yeni iddia ortaya atılıb.
OLAY yazır ki, biznesmen tərəfindən döyüldüyü deyilən rus sənətçi Avraam Russo növbəti açıqlaması ilə gündəmi zəbt edib.
Avraam bu dəfə İsmayılovun Xalq artisti Alla Puqaçova ilə yaşadığı qalmaqaldan söz açıb.
Müğənni bildirib ki, bir dəfə iş adamı müğənni ilə mübahisə edib və qəzəblənərək onu ofisdən qovmaq istəyib:
“Onun ofisində münaqişə olub. Puqaçova bir şey dedi və Telman qapını bağladı, az qala onu qovacaqdı. İsmayılov özü ilə fəxr edirdi, həmişə bu işi hamıya deyirdi. Bu, onun əsas hekayəsi idi”.
Rucco sözlərinə əlavə edib ki, anlaşmazlıqlara baxmayaraq, sənətçi və oliqarx, görünür ki, ortaq dil tapmağı bacarıblar. Çünki Alla milyonçunun çox məclislərində qonaq olub və ailə bayramlarında çıxış edib.