Olay
Olay

Adı milyonla bağlı olsa da, qalibə 100 min verilir

Adı milyonla bağlı olsa da, qalibə 100 min verilir

Böyük Britaniya istehsalı olan “Who wants to be a millionaire?” (Kim milyonçu olmaq istəyir?) şousunun Azərbaycan versiyası müzakirələrə səbəb olub.  

OLAY yazır ki, “Milyonların şousu” adı ilə İTV-də yayımlanan proqramda uduşa və pillələrə qoyulan məbləğ tənqid edilib. Belə ki, iştirakçının ilk qazanacağı məbləğ 10 manat, 8-ci suala doğru cavab verdiyi halda isə qazanacağı məbləğ 750 manat kimi təyin edilib. 

Sosial şəbəkələrdə rəqəmlərin sıralanmasının ədalətsiz, ilk uduş məbləğinin absurd olduğunu qeyd ediblər. 

Həmçinin, proqramın aparıcısı DJ Fateh də  (Məmmədəli Məmmədov) tənqid edilib. Onun iştirakçılarla ünsiyyətə girə bilməməsi, özünü intellektual göstərməsi qınanılıb. 

Qeyd edək ki, beynəlxalq lisenziyalı şounun uduş məbləğinin milyon olması barədə bir qayda yoxdur. Belə ki, ən yüksək məbləğin qoyulması ölkədəki valyuta dəyərinə əsasən qoyulur və şounun adı ölkələrə görə dəyişdirilə bilər.  

Xatirladaq ki, “Kim milyonçu olmaq istəyir?” şousu ilk dəfə 1998-ci il sentyabrın 4-də Böyük Britaniyada efirə çıxıb. Oyunun ilk aparıcısı məşhur şoumen Kris Terent olub. Bu şounun 2002-ci ilin avqustun 9-da efirə çıxan Azərbaycan versiyası isə “Milyonçu” adlanıb. Vaxtilə “Lider” TV-də yayımlanan verilişi Azər Axşam aparırdı.