Olay
Olay

“Kobra” karyerasını bitirir

“Kobra” karyerasını bitirir

“Survivor” yarışması ilə daha da populyarlaşan 6 qat Dünya çempionu, “Kobra” ləqəbli Pərviz Abdullayev idman karyerasını sonlandırmağa hazırlaşır.

OLAY yazır ki, bu barədə o, “Görüş yeri” proqramına müsahibəsi zamanı danışıb. Pərviz deyib ki, özünü fərqli sahədə görmək istəyir:

“İdman sahəsi mənim üçün sonlanır. Bu da yaşla əlaqədardır. Hazırda 36 yaşım var, 37 olacaq. İdmançının sona doğru getdiyi yaşlar var. 2016-cı ildən sonra uduzmamışam, ancaq qalib gəlmişəm, böyük yarışları qazanmışam. Yəqin ki, son bir-iki akkord qalıb, sonra idmandan getmək lazımdır. Çünki hər şeydən zamanında getmək gözəldir. Qarşıma həmişə hədəf qoymuşam. Demək olar ki, bütün məqsədlərimə çatmışam. İndiki hədəf başqadır, fərqli sferada olmaq istəyirəm”.