Türkiyəli müğənni Serdar Ortaç borcunun miqdarını açıqlayıb.
OLAY yazır ki, sənətçi qumar oynamağı barədə danışıb:
"Zamanında çox oynamışam, peşmanam, amma keçmişi dəyişdirmək olmur. Hazırda 10 milyon lirə banka, 600 min lirə eks-həyat yoldaşıma borcluyam, 500 min lirə isə öz xərclədiyim borclarım var".