Aktrisa Pərvin Abıyeva “Həmin Zaur” proqramında qonaq olarkən maraqlı anlar yaşayıb.
OLAY yazır ki, verilişə sənətçinin fanatı olduğunu söyləyən bir gənc gəlib. O, studiyada Pərvin üçün şam yeməyi süfrəsi hazırlayıb və onu dəvət edib.
Aparıcı Zaur Kamal Pərvindən həmin gənclə bir masada əyləşməsini istəyib. Pərvin isə bu təklifi qəti şəkildə qəbul etməyib. Gənc oğlana gəldiyi üçün təşəkkür edərək yalnız foto çəkdirib.
“Bu masa deyil axı, ay Zaur! Mən orda əyləşməyəcəm. Gəldiyiniz üçün təşəkkür edirəm. Təklifi qəbul etməyəcəm. Bir də ki, Zaur, sən kasıb toyuna dava salırsan. Elə olsun ki, evə rahat gedib, çıxa bilim”,-deyə Pərvin bildirib.