Olay
Olay

Həmkarları Rəşada meyxana həsr etdi - Video

Həmkarları Rəşada meyxana həsr etdi - Video

Tanınmış meyxanaçılar qətl törətməkdə təqsirləndirilən Rəşad Dağlı üçün bir araya gəliblər.

OLAY yazır ki, məkanların birində görüşən söz xiridarları Dağlının ünvanına meyxana həsr ediblər.

Görüntülərdə Pərviz Bülbülə, Mehman Əhmədli, Vüqar Əbdülov, Orxan Lökbatanlı, Balaəli Maştağalı, Vüqar Dağlı, Xosrov Maştağalı, Ruslan Müşviqabad, Pərviz Sabirabad kimi meyxanaçılar yer alıb.

Xatırladaq ki, bu gün Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. İş üzrə istintaq davam edir.