Qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirov (Rəşad Dağlı) tanışı İskəndər Mehtiyevə ümumilikdə 14 bıçaq zərbəsi vurub.
OLAY “Report”a istinadən yazır ki, bu barədə Qaradağ Rayon Məhkəməsində istintaq materiallarını elan edilərkən qeyd olunub.
Hakim Teymur Qurbanovun sədrliyi ilə keçirilən prosesdə meyxanaçı özünü təqsirli bilib.
O deyib ki, hadisə zamanı İ.Mehtiyevin əlində bıçaq olub:
“Özümü müdafiə etməyə çalışdım. Birinci zərbəni onun ürək nahiyəsinə vurmuşam, digərlərini isə xatırlamıram”.
Xatırladaq ki, bu gün Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. İş üzrə istintaq davam edir.