Şahzadə Diananın yaxın ətrafı və sevənləri tərəfindən həyatının eşqi olaraq bilinən ürək cərrahı Həsnət Xan 25 illik səssizliyini ötən aylarda pozub.
Onlar Diana və Çarlzın evliliyi sona çatmaq üzrəykən tanış olublar. Bəs Diananın hər şeyi qurban verəcək qədər sevdiyi Həsnət Xan kim idi, böyük sevgi niyə bitdi?
OLAY Diana və Həsnət Xan haqda az adamın bildiyi məlumatları təqdim edir:
Həsnət Xan 1958-ci ildə anadan olmuş pakistanlı ürək-damar cərrahı olub. Diana ilə 1995-ci ilin sentyabrında Londonda xəstəxanada tanış olublar. Diana ürək əməliyyatı keçirən bir dostunu ziyarətə gəlmiş və beləcə Həsnət ilə tanış olmuşdu. Dostlarının dediyinə görə, Diana onu görər-görməz aşiq olmuş və 3 həftə ərzində xəstəxananı müxtəlif bəhanələrlə ziyarət etmişdi.
Onlar münasibətlərinin başından bəri eşqlərini gizli tutmağa çalışıblar. Bu məxfiliyin əsas səbəbi isə Həsnətin Diananın sahib olduğu şöhrət aləminə girmək istəməməsi ilə izah olunub. Həsnət onların münasibətinin davam etməyəcəyini düşünsə də, Diana özünü hər cür fədakarlığa hazır hiss edirdi.
Diananın övladları Uilyam və Harri ilə tanış olan Həsnət uşaqlar tərəfindən çox sevilib. Xüsusən də Uilyamın Həsnətin cərrah olması ilə maraqlanaraq tibbi suallar verməsi onlar arasında fərqli bir əlaqə yaratmışdı.
Dostları Diananın Həsnətə dəlicəsinə aşiq olduğunu və Pakistana köçüb evlənmək istədiklərini bildirib. Pakistana gedən və ölümündən bir il öncə 1996-cı ilin mayında Həsnətin ailəsiylə tanış olan Diana təssüf ki, onun sərt və mühafizəkar ailəsindən razılıq ala bilməyib. Daha sonra Diananın Həsnətə münasibətlərini bütün dünyaya açıqlamaq mövzusunda təzyiq göstərməsi cütlüyün iki illik əlaqəsini sonlandırıb. Həsnət ilə ayrılığından sonra Diana Dodi El-Fayed ilə romantik bir münasibətə başlamış, lakin faciəvi avtomobil qəzası onların hər ikisinin sonu olmuşdu.
Bu gün belə bir çoxu Diananın bunu sadəcə Həsnəti qısqandırmaq üçün etdiyini deyir. Onun ölümündən uzun illər sonra Həsnətin verdiyi müsahibədə “Əgər ona barışmaq istədiyimi desəydim, ilk təyyarə ilə Fransadan yanıma gələrdi”, - deyə bildirməsi də bunu dəstəkləyir.
Şayiələrə görə, Diana Parisdə sonuncu dəfə Həsnətə zəng vurub, lakin qarşı tərəfin telefona cavab verməməsi ilə son ümidini də itirib.
Kral yazıçısı İnqrid Syuard bildirir ki, bu əsl sevgi hekayəsi idi. O, həqiqətən Həsnətlə evlənmək və bir qız övladı dünyaya gətirmək istəyirdi.
Xan Diananın ölümü ilə dərin bir sükuta qərq olur. Qəzetlərin və nəşrlərin israrına baxmayacaq, o, bu hekayəni heç kimlə paylaşmaq istəmir. Uzun illər İngiltərədə ürək cərrahı olaraq çalışdıqdan sonra ailəsiylə Pakitandakı evinə qayıdır.
Həsnəf 2006-cı ildə ailəsinin təzyiqi ilə Pakistanın tanınmış ailələrindən birinin 20 yaşlı qızı Hadia Şer Əli ilə evlənir. İki ildən az bir müddətdə münasibətlərinin davam edə bilməyəcəklərini düşündükləri üçün bu evlilik boşanma ilə başa çatır.
Həsnət Diana ilə münasibətlərinin bəzi təfərrüatlarını açıqlasa da, ikisinin niyə ayrıldığını heç vaxt tam oaraq demir. “Bağışlayın, amma bu haqda danışa bilmərəm”, - deyə o, qeyd edib.
Kim bilir, bəlkə də bütün həqiqətləri söyləməyə cəsarət edənlər bir gün üzə çıxacaq və bütün dünyanın heyran qaldığı gözəl ruhlu Diana ilə bağlı qeyri-müəyyənlik cavab tapacaq…