Türk istehsalı “Kantin” filminin aktyor heyəti artıq bəlli olur.
OLAY yazır ki, Uğur Güvercinin qələmə aldığı filmin heyətinə sürpriz bir aktyor da qoşulub. Eşref Rüya serialında Kadirin (Görkem Sevindik) sağ qolu Kenan obrazını canlandıran Kaan Turgut da “Kantin” filmi ilə razılıq əldə edib.
Beləliklə, bu həftə final edən “Eşref Rüya” serialının iki ulduzu yenidən eyni layihədə bir araya gələcək.