Türkiyədə 90-cı illərdə fəaliyyət göstərən qruplarından olan “Birkaç İyi Adam” 30 ildən sonra yenidən bir araya gələrək musiqi fəaliyyətini qaldığı yerdən davam etdirir.

OLAY yazır ki, Faruk K, Aytunç Bentürk, Murat İnce və Hakan İlban Türkiyə Milli Komandası üçün hazırladıqları “Yazarız Adını Göklere” marşı ilə illər sonra yenidən eyni studiyada bir araya gəliblər.

Marşa gələn müsbət rəylər və dinləyicilərin böyük marağı nəticəsində qrup bu görüşü üç mahnıdan ibarət xüsusi layihəyə çevirmək qərarına gəlib.