“Destiny’s Child” qrupunun bütün üzvlərinin birlikdə səhnəyə çıxması iddia olunur.
OLAY yazır ki, Cey-Zi 2027-ci ilin fevralında keçiriləcək “Super Bowl”un fasilə şousunda çıxış edəcək əsas ulduz olacaq. Onun həyat yoldaşı Beyonsenin də çıxış zamanı xüsusi qonaq qismində səhnəyə qoşulacağı gözlənilir.
Bəs bu, “Destiny’s Child” qrupunun növbəti dəfə bir araya gəlməsi üçün fürsət yaratması barədə qrupun keçmiş üzvlərindən Kelli Roulend açıqlama verib.
“Mənim işim deyil” deyə o, açıqlamasında bildirib. “Bu, onun çıxışıdır və mənim müdaxilə edəcəyim məsələ deyil”.
Cəmi bir neçə gün əvvəl isə “Destiny’s Child” qrupunun hər üç üzvü – Beyons, Kelli Roulend və Mişel Uilyams Los-Ancelesdəki “SoFi” stadionunda Cey-Zinin konsertində iştirak ediblər. Qeyd edək ki, “Super Bowl” tədbiri də məhz həmin stadionda keçiriləcək.