Nyu-Yorkda müğənni Teylor Svifti təqib edən şəxs həbs edilib.

OLAy yazır ki, Page Six-in Nyu-York polisinə istinadən verdiyi məlumata görə, stolker ulduzun mənzilinə soxulmağa cəhd edib.

Polisin məlumatına görə, hüquq-mühafizə orqanlarına kişinin davranışından narahat olan sayıq vətəndaş müraciət edib.

“Mən onu ilk dəfə günorta saat birdə gördüm, o, Teylorun qapısına gəlirdi. Deyəsən, nə döyüb, nə də zəng edib”, - deyə, şahid bildirib.

Dərhal iki hadisə şahidi nəşrlə söhbətində aydınlaşdırdı ki, stolker Svifti təxminən bir ay gözləyib - o, evinin pilləkənlərində yatıb, daim siqaret çəkib, qışqıraraq insanlara baxıb və yerli sakinlərə başqa narahatlıqlar yaradıb.

Qeyd edək ki, Teylorun evində bundan öncə də müəyyən şəxslər həbs edilib. 2019-cu ildə bir kişi beysbol dəyənəyi, təkər dəmiri, əlcəklər və usta açarları gətirdiyi üçün evinin ərazisində saxlanılıb.

Teylor Sviftin evinə girən şəxs həbs edildi Teylor Sviftin evinə girən şəxs həbs edildi Teylor Sviftin evinə girən şəxs həbs edildi