Reper Cey-Zi “Super Bowl”un fasilə şousuna cavabdehdir və tədbirin əsas ifaçısı kimi özünü seçməyə hazırdır.
OLAY yazır ki, reper 2019-cu ildən etibarən matçın fasilə şousunu təşkil edir. İndi isə onun 2027-ci ildə keçiriləcək tədbirdə səhnənin əsas ulduzu olacağı bildirilir.
Məlumata görə, Cey-Zinin 2027-ci il “Super Bowl” fasilə şousunun baş ifaçısı olacağını təsdiqlənib. Bu xəbər onun layihədə iştirakı ilə bağlı aylardır davam edən söz-söhbətlər fonunda gündəmə gəlib.