Türkiyənin məşhur müğənnisi Murat Boz tədbirdə mətbuat nümayəndələrinin suallarını cavablandırıb.

OLAY yazır ki, Murat peşəsinin çətinliklərindən və gündəlik həyatından bəhs edib.

Müğənni “Mən gərgin və stressli bir həyat yaşayıram. Hər nə qədər hər şey güllük-gülüstanlıq kimi görünsə də, psixoloji olaraq çətin bir iş görürük. Əlbəttə işimizi sevərək görürük və bundan pul qazanırıq, amma stresli bir peşəmiz var” ifadələrini işlədib.

Müğənni Melek Mosso ilə birlikdə çıxardığı yeni “Kolay Değil” mahnısı haqqında da danışıb: “Bu mahnını hazırlayarkən Melek yadıma düşdü. Ona zəng etdim və bu parçanı onunla birlikdə ifa etmək istədim. O da sağ olsun, məni qırmadı” deyib.

“Stressli bir həyat yaşayıram”