Türk istehsalı “Kızılcık Şerbeti” serialına geri qayıdan Ceren Yalazoğlu Karakoç ilk paylaşımını edib.
OLAY yazır ki, aktrisa paylaşımında “Bəzi hekayələr bitir. Bəziləri isə fikrini dəyişir. Bəzi obrazlar öz vidalarını o qədər də ciddi qəbul etmirlər. Görünür, Nursemanın hələ danışacaq sözləri var imiş. Nursema ilə qaldığımız yerdən deyil, yenidən başlayırıq… Bu dəfə hekayənin hara gedib çıxacağını hamımız birlikdə görəcəyik. Həyatın, ssenarinin və zamanlamanın kiçik sürprizlərinə… Elə isə, yenidən!” sözlərini yazıb.