Selin Dionun altı illik fasilədən sonra səhnəyə qayıtmasına sayılı günlər qalıb.
OLAY yazır ki, müğənninin sevimli şəhərlərindən biri olan Parisə səfərlərini pərəstişkarları artıq fəal şəkildə planlaşdırırlar. Ekspertlərin hesablamalarına görə, qarşıdakı konsertlər fonunda Parisə beynəlxalq uçuşlara tələbat artıb.
Əsas maraq Amerikadan gəlir: axtarış sorğularının 26,5%-i ABŞ, 11%-i Braziliya, 7,4%-i isə Kanada payına düşür. Bu üç ölkə birlikdə konsertlər ərəfəsində dünya üzrə axtarış trafikindəki artımın təxminən 45%-ni təmin edir.
İlkin hesablamalara görə, payızda keçiriləcək 16 konsert Parisə təxminən 480 min tamaşaçı cəlb edəcək. Bilet, yaşayış, nəqliyyat və qida xərcləri nəzərə alınmaqla, Diyonun çıxışlarının 2026-cı ildə iqtisadi təsirinin 570 milyon avrodan 1 milyard avroya yaxın olacağı təxmin edilir. Bu isə regionun iqtisadiyyatına əhəmiyyətli təsir göstərəcək.