Rihanna “Beverly Hills” evinə atəş açıldığı vaxt ailəsini necə xilas etdiyindən danışıb.
OLAY yazır ki, verdiyi ifadədə müğənni atəş səslərini “on dəfə dəmirə vurmaq səsi” kimi təsvir edib.
Rihanna bildirib ki, dərhal yanında yatan həyat yoldaşı Eysəp Rakini oyadıb. Çölə baxanda isə dəhşətlə anlayıb ki, bu, həqiqi atəş səsləridir.
38 yaşlı Rihanna ifadəsində deyib ki, dərhal Eysəp Rakini yataqdan çıxarıb və “Bizə atəş açılır!” deyə qışqırıb. Repçi də sonradan hüquq-mühafizə orqanlarına bildirib ki, onun ayılmasına səbəb Rihannanın qışqırığı olub.
Qeyd edək ki, 25 martda 35 yaşlı Ivanna Lizette Ortiz, atəş açan şəxs, Los-Ancelesin mərkəzindəki cinayət məhkəməsinə çıxarılıb. Əgər məhkəmə onu təqsirli saysa, Ortiz ömürlük həbs cəzası ilə üzləşə bilər.