İrlandiyanın “Classic Hits Radio” radiostansiyası müğənni Ed Şiranın mahnılarını onun “Loop” adlı stadion turu ətrafında yaranan qalmaqal fonunda efirdən çıxarıb.

OLAY yazır ki, buna səbəb reper Maklemor ilə bağlı yaranan vəziyyət olub. Maklemor Fələstinə dəstək nitqi ilə çıxış etdikdən sonra turun konsertlərində çıxış edən sənətçilər siyahısından çıxarılıb.

Bundan sonra ön proqramda çıxış etməsi nəzərdə tutulan digər musiqiçilər də reperlə həmrəylik nümayiş etdirərək turun qalan konsertlərində iştirakdan imtina ediblər.

Radiolar Ed Şiranın mahnısını vermir