Müğənni Şakira Misirdə son çıxışından təxminən 20 il sonra yenidən Giza piramidaları yaxınlığında konsert verəcək.
OLAY yazır ki, müğənni bildirib ki, konsert noyabr ayında baş tutacaq. Ulduz etiraf edib ki, bu çıxış onun üçün xüsusi əhəmiyyət daşıyır.
“Misirdə, Giza piramidalarının yaxınlığında çıxış edəcəyim üçün çox həyəcanlıyam. Hamınızı sevirəm” deyə Şakira bildirib.