Dünya şöhrətli müğənni Madonna və Sabrina Karpenter yeni ortaq kliplərini izləyicilərə təqdim ediblər.
OLAY yazır ki, “Coachella” musiqi festivalında mahnının ilk canlı ifasından və Madonnanın “Confessions II” adlı qısametrajlı filmində ortaq klip anonsundan sonra pop musiqisinin kraliçası pərəstişkarlarını tammetrajlı kliplə təəccübləndirib.
“Bring Your Love” adlı bu ortaq layihənin klipi uzun müddət gözlənilən əməkdaşlıq kimi təqdim olunub.