67 yaşlı Madonna və 58 yaşlı Kayli Minouq Niderlandın paytaxtında coşqulu bir şou təqdim ediblər.
OLAY yazır ki, Madonnanın 30 dəqiqəlik çıxışının ortasında tamaşaçılar üçün ən böyük sürpriz Kayli Minouqun səhnəyə çıxması olub. Sənətçilər ilk dəfə canlı olaraq “Love Sensation” mahnısının “Confessions II” albomundakı remiksini birlikdə ifa ediblər.
Minouq sadəcə nömrəyə qoşulmaqla kifayətlənməyib. O, çıxışın sonunadək səhnədə qalıb və Madonna ilə birlikdə 2005-ci ildə işıq üzü görən kult “Confessions on a Dance Floor” albomundan “Sorry” və “Hung Up” hitləri ilə şounu yekunlaşdırıb.