Rus müğənni Valeri Leontyev konsert fəaliyyətini bərpa etməyi planlaşdırmır.

OLAY yazır ki, bu barədə sənətçinin direktoru Boris Çigiryov məlumat verib. O xatırladıb ki, Rusiyanın xalq artisti iki il əvvəl konsert fəaliyyətini başa çatdırıb və o vaxtdan bəri planlarında heç bir dəyişiklik olmayıb.

“Valeri Yakovleviç yaradıcılıq fəaliyyətini başa çatdırıb. O, konsertlər planlaşdırmır. Hazırda layiqli istirahətdədir, idmanla məşğul olur və özünü əla hiss edir” deyə Çigiryov bildirib.