Türk klassik musiqisinin əfsanəvi siması Bülent Ersoy şəxsi həyatı ilə bağlı səmimi və eyni zamanda kədərli açıqlamalar verib.
OLAY yazır ki, illərdir səhnədə olan və milyonların sevgisini qazanan Ersoy dəbdəbəli həyatının arxasında böyük bir tənhalıq yaşadığını etiraf edib.
2020-ci ildə vəfat edən modelyer Nur Yerlitaşı xatırlayan Bülent Ersoy kövrəlib: “Allah rəhmət eləsin, çox darıxıram. Heç bir dostum qalmadı. Musiqidəki dostlarımdan Emel Sayın, Ajda Pekkan, Sezen Aksu, Orhan Gencebay, Ahmet Özhan var. Allah onlara uzun ömür versin. Tarkan var, indi bir mahnı hazırlayıb, onu da oxuyacağam”- deyə o bildirib.