Türk pop musiqisinin ən uğurlu qadın ifaçılarından biri olan Atiye “Ihlamur Festivalı”nda minlərlə musiqisevərlə görüşüb.
OLAY yazır ki, dördüncü qızına hamilə olmasına baxmayaraq, səhnədəki yüksək enerjisi ilə diqqət çəkən müğənni təxminən iki saat ərzində həm rəqs edib, həm də ən sevilən mahnılarını ifa edib.
Qarnını açıq qoyan çəhrayı, müasir kovboy üslublu səhnə geyimi ilə səhnəyə çıxan Atiye Bursalı musiqisevərlər tərəfindən gur alqışlarla qarşılanıb.