Dünyaca məşhur Amerikalı repçi Eminem baba olub.

OLAY yazır ki, sənətçinin övladlığa götürdüyü qızı Alayna Skottun qız övladı dünyaya gəlib. Alayna 2023-cü ildə Mett Mellerlə yeddi illik münasibətdən sonra evləniblər.

Sevindirici xəbəri isə Alayna özü paylaşıb və yeni doğulan körpənin ilk fotosunu yayımlayıb. O, körpənin üzünü göstərməməyi seçsə də, bunları yazıb:

“Ürəyim bədənimdən çıxır. O, hər şeydir və daha artığıdır. Skotti Mari Meller, 14 aprel 2026. Bu dünyaya xoş gəldin, əzizim!”.

Eminem baba oldu