Dünya şöhrətli müğənni Madonna 16 illik fasilədən sonra ilk dəfə “Grammy” mükafatına namizəd göstərilib.
OLAY yazır ki, sənətçi “Confessions II” albomu ilə “Ən yaxşı rəqs/elektron musiqi albomu” kateqoriyasında mükafat uğrunda mübarizə aparacaq.
Bu kateqoriyada Madonna ilə yanaşı, Robin “Sexistential”, Skrillex “Soma”, Slayyyter “Wor$t Girl in America” və Tame Impala “Deadbeat” albomları ilə namizədlər sırasındadır.
Bu il musiqi mükafatının əsas favoritlərindən biri britaniyalı müğənni Raye hesab olunur. Onun adı ümumilikdə 11 nominasiya üzrə siyahıda yer alıb.
“Grammy” mükafatlarının təqdimetmə mərasimi 2027-ci il fevralın 7-də Los-Ancelesdə keçiriləcək.