Avroviziya təmsilçimiz Eldar Qasımov yeni layihəsini təqdim edib.

OLAY yazır ki, o “Unuda bilməzsən” adlı mahnını yeni klipi ilə birgə yutub və digər musiqi platformalarında yayımlayıb.

Sözləri Novruz Aslan, musiqisi Xanım İsmayılqızına aid olan mərhum Xalq artisti İlhamə Quliyevanın repertuarından olan bu mahnı İctimai TV-nin efirində yayımlanan “Maska” layihəsi üçün xüsusi hazırlanmışdır.