Müğənni Teylor Sviftin sərvəti 2 milyard dollara çatıb.
OLAY yazır ki, “I Knew You Were Trouble” mahnısı ilə tanınan 36 yaşlı müğənni qadın həmkarları arasında rekord qırıb və ən varlı qadın müğənni kimi tarixə düşüb.
Teylorun yeni sərvəti “Iconoclast 50” siyahısında açıqlanıb. Bu siyahı maliyyə, biznes, texnologiya, media, əyləncə və xeyriyyə sahələrində oyun qaydalarını real vaxt rejimində dəyişən, sənayeləri yenidən formalaşdıran və mövcud vəziyyətə meydan oxuyan liderləri qeyd edir.