Müğənni Ed Şiran kariyerasına fasilə verməyi planlaşdırdığını açıqlayıb.
OLAY yazır ki, sənətçi bu planını konsert turu çərçivəsində pərəstişkarları ilə bölüşüb. Onun bu açıqlaması pərəstişkarlarını təəccübləndirib.
“Bu, səhnədə son çıxışımdır. Yəqin ki, bu turdan sonra fasilə verəcəyəm və atalığa daha çox vaxt ayıracağam” deyə britaniyalı müğənni bildirib.
Xatırladaq ki, Ed Şiran və həyat yoldaşı Çerri Sibornun beş yaşlı Lira və dörd yaşlı Yupiter adında iki övladı var. Müğənni ilin böyük hissəsini ailəsindən uzaqda keçirib: tur yanvarda Yeni Zelandiyada başlayıb, daha sonra Avstraliya və Cənubi Amerikada konsertlər olub. Şimali Amerikanı əhatə edən hissə isə beş ay davam edəcək və 7 noyabrda Florida ştatında başa çatacaq.