Dünyaca məşhur müğənni Britni Spirs reabilitasiya mərkəzinə yerləşdirilib.
OLAY yazır ki, sənətçi içki aludəçiliyindən müalicə olunmaq istədiyini bildirib və bu qərarı həbs olunub sərbəst buraxıldıqdan sonra verib.
Britninin yaxın çevrəsindən verilən məlumata görə, hüquqi problemlər onun üçün ciddi xəbərdarlıq siqnalı olub.
Spirs saxlanılması ilə bağlı xəbər yayıldıqdan sonra narahatlıq keçirib və böyük utanc hissi yaşayıb. Lakin məhz bu hadisə onu bu addım atmağa sövq edib.