Türk müğənni Gülşen yeni mahnısı “İtaat Yok” üçün həm imicini dəyişib, həm də böyük məbləğdə pul xərcləyib.

OLAY yazır ki, 161 nəfərlik komandanın iştirakı ilə çəkilən klipin bir ev qiymətinə başa gəldiyi bildirilib.

Məlumata görə, klipin ümumi çəkiliş xərci 16 milyon TL (500 min manatdan çox) təşkil edib.