Məşhur puerto-rikolu müğənni Riki Martin Gürcüstanda keçirilməsi planlaşdırılan konsertini çıxışa cəmi bir gün qalmış ləğv edib.
OLAY yazır ki, konsert iyulun 16-da Tbilisi yaxınlığındakı Rustavi şəhərində yerləşən avtodromun ərazisində baş tutmalı idi. Məlumata görə, təşkilatçılar konsertin ləğv edilməsinin səbəbi ilə bağlı hər hansı izahat almayıblar.