88 yaşlı aktyor Entoni Hopkins musiqi karyerasına başladığını elan edib.

OLAY yazır ki, avqustun 21-də “Decca Classics” leybli onun son 60 il ərzində bəstələdiyi əsərlərdən ibarət ilk albomu “Life Is a Dream”i təqdim edəcək.

Albom dirijor Qustavo Dudamelin rəhbərliyi ilə Filarmoniya Orkestri tərəfindən lentə alınıb. Albomun ilk sinqlı “Bracken Road” artıq musiqi platformalarında yayımlanıb.

“Decca Classics” bildirib ki, bu bəstə Hopkinsin Cənubi Uelsin Marqam şəhərində keçən uşaqlıq xatirələrindən ilhamlanıb. Əsər 1940-cı illərdə ailəsinin yaşadığı evi əhatə edən küçələrin, çəmənliklərin, kənd sahələrinin və dağların ab-havasını əks etdirir.

88 yaşında musiqi karyerasına başlayır