Mərhum əfanəvi müğənni Dolli Parton hələ sağlığında öz əyləncə parkı olan “Dollywood”da zaman kapsuluna sirli, yayımlanmamış bir mahnı yerləşdirib.
OLAY yazır ki, pərəstişkarları bu mahnını yalnız onilliklər sonra eşidə biləcəklər. Söhbət “My Place in History” adlı mahnıdan gedir.
Müğənninin planına əsasən, zaman kapsulu onun 100 illik yubileyi münasibətilə, yəni 2046-cı ildən tez olmayaraq açılmalıdır. Parton kapsula yalnız mahnının yazısını deyil, həm də CD pleyer və treki necə səsləndirmək barədə ətraflı təlimat yerləşdirib.