Türk rok musiqisinin güclü səslərindən və səhnə şouları ilə tanınan Hayko Cepkin karyerası ilə bağlı mühüm qərar verdiyini açıqlayıb.
OLAY yazır ki, Cepkin açıqlamasında səhnəni və ya musiqini tamamilə tərk etmədiyini xüsusi vurğulayıb. Dinamik çıxışları və özünəməxsus səhnə üslubu ilə tanınan hazırkı konseptin artıq sona çatmalı olduğunu bildirib.
Hayko Cepkin sosial media hesabında yayımladığı videoda izləyicilərinə müraciət edərək illərdir davam etdirdiyi yüksək templə konsert performanslarına və hazırkı layihə formatına 11 mart 2028-ci ildə son qoyacağını açıqlayıb.