Müsahibə
Müsahibə

Səidəyə yığıb deyib ki, dostluq etmək istəmir!

Səidəyə yığıb deyib ki, dostluq etmək istəmir!

“Çalışdığım qədər videolar hazırlayıram. Amma canlıdan xoşuma gəılmir, özümə yaraşdırmıram. Orada hədiyyə məsələləri var. Özümü orada görmürməm. Həm də vaxtım yoxdur.

TikTok-da canlı yayım açan şou nümayənmdələri dostlarımızdır. Hərənin özü yolu var. Kimsə girirsə, ona pis baxmıram, görürəm, izləyirəm. Bəzi məşhurlarımız var ki, sözün əsl mənasında onların canlı yayıma girməyinə şoka düşürəm. Deyirəm ki, sən niyə buradasan, nəyə ehtiyacın var? Təbii ki, söhbət yaşlı nəsildən gedir. Doğrudan da qazanc yeridir. Əgər bir yerdə gəlir varsa, niyə də yox?”.

Bu sözləri OLAY-a müsahibəsində aparıcı Çinarə Əliyeva deyib. 

Televiziya fəaliyyətindən də söz açan Ç. Əliyeva  söyləyib ki, növbəti sezon üçün kanallardan təkliflər alıb:

“Sonuncu dəfə ARB-də idim. Amma özüm çıxdım. Çox yorucu olduğuna görə istəmədim. Əslində təkliflər gəlir, sentyabr ayı üçün istəyirlər. Yenə də səhər verilişinə dəvət edirlər. Buradan deyirəm, məni səhər verilişinə dəvət etməyin! Çünki daha çox maqazin proqramı aparmaq istəyirəm. Məclislərim çox olduğu üçün gündəlik efir götürə bilmirəm”.

Çinarə həm də son zamanlar aparıcılığa başlayan aktrisalardan, müğənnilərdən və rəqqasələrdən söz açıb:

“İstedad varsa, niyə də sınamasın? Amma aparıcı olmayan aktrisalar, rəqqasələr danışıq qaydasını pozurlar. Ləhçə ilə danışırlar. Bu sosial şəbəkə deyil. Efirin öz qaydaları var. Heç xoşa gəlmir. Bu səbəbdən də onların verilişləri 3 ay davam edir. Sonra da proqramı əlindən alırlar. Ona görə hərə öz işini görsün”.

Əliyeva bildirib ki, iş xanımı Solmaz Bagiyeva ilə yollarını ayırsa da, biznesini davam etdirir:

“Bizim biznesimiz yaxşı gedir. Solmazla yollaırmızı ayırdıq. Amma düşmən deyilik, Mən indi restoranı tək işlədirəm. Gördüm ki, insanların tələbatı var. gəlib soruşurlar. Dedim, niyə də dayandırım”.

Çinarə sonda müğənni Səidə Sultan və S. Bagiyeva ilə  dostluqlarının bitməsindən bəhs edib:

“Bizim üçlük dağıldı. Elə bil ki, çox oldu. Bəzən xanımlar arasında söz-söhbət olur. İndi Solmazla əlaqəmiz var. Səidə ilə isə danışmırıq. Düşmən deyiləm, illərdir dostum olub, bir çörək kəsmişik. İtirə bilmərəm. Lakin elə nüanslar oldu ki, onlardan uzaqlaşdım. Özüm qərar verdim, zəng edib, dedim ki, sizinlə daha dostluq etmək istəmirəm. Yenə də xətirlərini çox istəyirəm”.