Türkiyənin məşhur müğənnisi Sibel Can OLAY-a özəl açıqlama verib.
Həm Türkiyə, həm də Azərbaycan mediasından uzaq gəzən sənətçi bugünkü konsertindən əvvəl portalımızın suallarını cavablandırıb.
Sevilən ifaçı Bakı ilə bağlı təəssüratlarını bölüşüb:
“Daha əvvəl canım Ruhimin (Oxu: iş xanımı Ruhi Əliyeva) ad günündə konsert verdik. Möhtəşəm idi, mənim üçün unutulmazdır. Burada özümü çox yaxşı hiss edirəm. Musiqi savadına sahib bir dinləyici var. Sənətçi üçün bu çox qiymətlidir. Məni də çox sevirlər. Alqışları, çiçəkləri ilə unudulmaz konsertlər baş tutur. Bu gecə də biletlər günlər əvvəldən satılıb. Mənim üçün qürurdur. Bakı konsertləri başqa olur”.
Sibel Can bu gün baş tutacaq olan konsertinə Azərbaycan mahnısı ilə açılış edəcəyini bildirib:
“Azərbaycan mahnısı olmadan olarmı? Sevərək oxuyuram. Zənn edirəm ki, səhnəyə Azərbaycan mahnısı ilə çıxacam”.
Populyar sənətçi Azərbaycandan olan toy dəvətlərini qəbul etməməsi ilə bağlı yayılan söz-söhbətə də aydınlıq gətirib:
“Mən burada gözəl məclislərə qatılmaq, evlənən cütlüklərin xoşbəxtliyinə şahid olmaq istəyərəm. Amma Sibel Can toylara getmir kimi şayələr var. Hər zaman, niyə də olmasın? Mütləq gələrəm”.
S. Can son olaraq bir neçə həftə əvvəl Ruhi Əliyeva ilə İstanbuldakı görüşündən də söz açıb:
“Bakı deyəndə ilk ağlıma Ruhi gəlir. O mənim bacımdır. Ad günündə görüşə bilmədik, qəlbim hər zaman onunladır. İstanbula gələndə boğaz turu etdik, mən də sürpriz hazırladım. Çox gözəl oldu, onu sevirəm. Hamı mənə oxşadır. Onu ailədən biri kimi görürəm, o da eynən məni”.