Müsahibə
Müsahibə

“Hiss üzrxahlıq etdi”

“Hiss üzrxahlıq etdi”

Son günlər yeni tərzi, görünüşündəki dəyişiklikləri və layihələri ilə diqqət çəkən Roza Zərgərli OLAY-la həmsöhbət olub. 

Əvvəlcə zahiri görkəmindən söz açan Zərgərli bunları söyləyib:

“Heç nə dəyişməyib. Hər şey eyni formadadır. Əməliyyat etdirməmişəm. Sadəcə çəki atmışam. Bir də yeni komanda ilə çalışıram. Geyimimdən tutmuş, layihələrə qədər fərqli üslubda işləyirik. Qarşıda maraqlı işlərimiz var”. 

Söhbət Zərgərlinin açıqlamalarının gündəmə bomba kimi düşməsinə gəlincə, bunları deyib: 

“Özümü tanıyandan nə demişəmsə, gündəm olub. Məncə, haqlı söz həmişə gündəm olmalıdır. Ümumiyyətlə nəsə bir fikrə, cümləyə münasibət bildirirəmsə, bu gündəm olursa, deməli, düz yoldayam”.

Roza həmçinin bir müddət öncə haqqında qalmaqallı açıqlama verdiyi gənc müğənni Hissdən danışıb. Verilişlərin birində Hissin onunla eyni tədbirdə səhnəyə çıxmaq istəmədiyi ilə bağlı açıqlama verən müğənni məsələni aydınlaşdırdıqlarını söyləyib:

“Hiss yaxınlaşdı, etiraf etdi, anladı, başa düşdü, böyüyü olaraq mənə üzrxahlıq etdi. Hər şey əladır. Küsməmişdik. Sadəcə bir cümləyə irad bildirdim. O da geri dönüş vermədi. Real həyatda təsadüfən görüşdük, dedi ki, Roza xanım səhv başa düşmüsünüz, fikrimi düzgün izah edə bilməmişəm, mənim böyüklərimə qarşı hər zaman hörmətim var. O da kiçik olmasına baxmayaraq böyüklük etdi, halal olsun”.

Sənətçi sonda Xalq artisti Flora Kərimova ilə Əməkdar artist Elza Seyidcahanın qısa zamanda qalmaqal yaşayıb, sonra barışmasına maraqlı reaksiya verib: 

“Elza ilə hamı küsür, barışır. O, rahatdı”.

Video: Soltan İbrahimov