Video
Video

Zəfər Gününə özəl addım! - Video

Zəfər Gününə özəl addım! - Video

Bu gün ölkənin müxtəlif “Mall”larında Zəfər Gününə özəl maraqlı addım atılıb.

Belə ki, sosial şəbəkələrdə izləyicilər tərəfindən xeyli bəyənilən görüntülərdə Müslüm Maqomayevin “Azərbaycan” mahnısına hazırlanan fləşmob əks olunub.

OLAY-a açıqlama verən layihənin rəhbəri, türk rejissor Can Özbatur bunun üçün bir aya yaxın hazırlaşdıqlarını qeyd edib:

“İşə başladığımız andan etibarən, təxmini, 26-27 gün keçdi. Ümumi 4 dəfə xor ilə məşq prosesimiz oldu. Məşqdə artıq məlum oldu ki, kim hansı işi görəcək, nə zaman çıxacaq… Kamera arxasında və önündə olan insanların sayı 44 nəfərə yaxındır. Çəkilişin əsas hissəsini “Dəniz Mall” və “Gənclik Mall”da etsək də, fləşmobun bir hissəsi olan bayraqlar bütün “Mall”larda dalğalandı. Sosial mediada da maraqla qarşılandı, bu bizi sevindirir. İllərlə həmişə anarkən hüznləndiyimiz Qarabağla bağlı problemlərimizi artıq zəfərlə taclandırırıq, zəfərlə qeyd edirik, bu bizi qürurlandırır. Zəfərə hər birimizin ehtiyacı var idi, bunu millətcə qeyd etmək hamımızın borcudur. Sevərək etdik və sevərək paylaşdıq”.