Video
Video

Rüstəm Cəbrayılov ibadətə başladı

Rüstəm Cəbrayılov ibadətə başladı

“Best model of the world” müsabiqəsinin qalibi, azərbaycanlı model və aktyor Rüstəm Cəbrayılov ibadətə başlayıb.

OLAY yazır ki, bu barədə o, instaqramda video paylaşıb.

Rüstəm paylaşımında bu fikirləri qeyd edib:

“3 ildən çoxdur ki, ibadət arzusunda oldum. Artıq uzatmaq olmaz. Qismət bu günə imiş. Allah günahlarımızdan keçsin. Əgər varsa, və yaxud bilmədən etmişiksə, Allahın qarşısındakı öhdəliyimi ödəmək vaxtıdı. Enerjim tükənənə qədər bu yoldayam. Allah hər kəsə kömək olsun, mən də oların içində. Allah təkdi və hər zaman o oldu yanımda”.