Ötən günlərdə ölkəmizə gələn Norveçin “Avroviziya” təmsilçisi Tiks Bakıda bir çox yerə yollanıb.
OLAY yazır ki, onu müğənni, adının eşq dedi-qodularında hallandığı Samirə Əfəndi gəzdirib. Belə ki, Tiks və Samirə Atəşgah məbədini, Əbədi məşəl abidəsini və Şəhidlər Xiyabanını ziyarət edib.
Bununla bağlı Samirə instaqramın hekayə bölməsində videolar paylaşıb.