Video
Video

Lizzo Prezidentin fleytası ilə səhnəyə çıxdı

Lizzo Prezidentin fleytası ilə səhnəyə çıxdı

Müğənni Lizzo bir vaxtlar ABŞ-ın dördüncü Prezidenti Ceyms Medisona məxsus olan 200 illik büllur fleyta ilə səhnəyə çıxıb.

OLAY yazır ki, sənətçi Vaşinqtonda musiqi alətində ustalığını nümayiş etdirdiyi konsertin lent yazısını instaqram səhifəsində paylaşıb.

Lizzo bu fleytanın 1813-cü ildə Fransız ustası Klod Loran tərəfindən Medisona verildiyini söyləyib.

Konqres Kitabxanası fleytanı onilliklər boyu saxlayıb və Lizzoya onu çalmağa icazə verib.