Video
Video

Tolik Azercell-dən şikayət etdi

Tolik Azercell-dən şikayət etdi

Aparıcı-prodüser Tarix Əliyev (Tolik) Azercell-lə bağlı paylaşım edib. 

OLAY yazır ki, o, instaqramda video paylaşaraq şikayətini dilə gətirib.

“İndi Azercell-ə zəng etmişəm. Bir iş nömrəm var, ondan istifadə etmirəm. Balansımda 50 manat pul var idi. Zəng vurdum ki, onu aktiv edim, çünki artıq internet, ya da zəng üçün istifadə olunacaq. Operator deyir ki, sizin 106 manat borcunuz var. Deyirəm, necə olur? Deyir ki, bilmədən 291 meqabayt internet istifadə etmisiniz. Bunun qiyməti 106 manat edir. Özü də 3 manatlıq tarifdə. Ayda 50 geqabaytı 30 manata alıram. Bunlar  internetin yoxdursa, açıq qalırsa, 291 meqabayta 106 manat borc yazırlar. Bu pulu sizə ödəyəcəm, amma halal etmirəm”, - deyə, Tolik bildirib.