Video
Video

Zaur mərhum atasından yazdı

Zaur mərhum atasından yazdı

Aparıcı Zaur Baxşəliyev mərhum atası Lətif Baxşəliyevlə bağlı paylaşım edib.

OLAY yazır ki, valideyninin görüntüsünü instaqramda paylaşan Zaur bu sözləri xüsusi vurğulayıb:

“11 il sənsiz. Gözəl atam, şah atam! Məclislərin yaraşığı, zəhmətkeş atam. Balaları üçün həyatını şam edən atam. Bizim bu günümüzün təməlini qoyan atam. Ömür boyu dirsəklənib, narahat, səksəkədə yatan atam. Ən çətin anlarda bizi heç kimə möhtac qoymayan atam. İçimizə elə böyük sevgi ağacı əkmisən ki, heç vaxt yarpaqları tökülməz, qurumaz, barsız qalmaz. Allah sənə rəhmət eləsin gözəl atam”.